04 
Avq
2023
16:43
627

Təbii fəlakət zonasında son vəziyyətlə bağlı məlumat verildi

Daxili İşlər Nazirliyi Şovdə baş vermiş təbii fəlakət yerində axtarış-xilasetmə tədbirləri çərçivəsində mövcud vəziyyətlə bağlı məlumat yayıb.

lnterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, işlərə Fövqəladə Hallar Nazirliyinin (FHN) 400-dək yanğınsöndürən-xilasedicisi, polis bölmələri, pilotsuz uçuş aparatları, xüsusi texnika və sərhəd polis helikopteri cəlb olunub.

“Oni bələdiyyəsində axtarış-xilasetmə tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsi xidmətinin yanğınsöndürənləri və xilasediciləri tərəfindən 11 nəfərin cəsədi aşkar edilib.

Axtarış-xilasetmə işlərinə Fövqəladə Hallar Nazirliyinin 400 yanğınsöndürən-xilasedicisi, polis bölmələri, pilotsuz uçuş aparatları, xüsusi texnika və sərhəd polisinin helikopteri cəlb olunub. Həmçinin Fövqəladə Hallar İdarə Xidmətinin bir qrup kinoloqu işə cəlb olunub.

Xilasetmə əməliyyatına daxili işlər nazirinin müavinləri İoseb Çelidze, Giorgi Butxuzi və fövqəladə hallar idarə xidmətinin rəhbəri Temur Mqebrişvili başçılıq edir.

Bu gün səhər saatlarında sərhəd polisinin iki helikopteri öz işini bərpa edib və bunun sayəsində təbii fəlakət zonasında qalmış vətəndaşları təhlükəsiz yerə köçürmək mümkün olub”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın