10 
Avq
2023
14:45
149

Metyu Miller: " Vladimir Putinlə mümkün görüş barədə yalnız Volodimir Zelenski qərar verməlidir"

"Rusiya prezidenti Vladimir Putinlə mümkün görüş barədə yalnız Volodimir Zelenski qərar verməlidir".

 InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin bildirib.

Məlumata görə, görüşün təşəbbüskarı Vladimir Putin və Volodimir Zelenskini Dubayda iqlim məsələləri ilə bağlı konfransa dəvət edən Birləşmiş Ərəb Əmirliklərinin prezidenti olub.

“Ukraynanın gələcəyini müəyyənləşdirməyə gəldikdə biz aydın bəyanat veririk. Burada, ilk növbədə, Kiyev qərar qəbul edir və bu, istənilən potensial danışıqlara aiddir”, - deyə Miller bildirib.

Onun sözlərinə görə, Volodimir Zelenski genişmiqyaslı müharibə başlamazdan əvvəl hamıya açıq şəkildə bildirib ki, o, rəsmi Moskvanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı Rusiya ilə danışıqlara hazırdır.
 

Bizimlə əlaqə saxlayın