14 
Avq
2023
21:28
528

Rubl dollar qarşısında son 17 ayın ən aşağı həddindədir

Bugünkü ticarətdən sonra Rusiya rublu dollar qarşısında ucuzlaşıb və bir dolların dəyəri 100 rublu ötüb. Bu, rublun dollara nisbətdə son 17 ayda ən aşağı səviyyəsidir.

InterPress.ge CNN-ə istinadən xəbər verir ki, rublun devalvasiyası Rusiya ixracından gələn gəliri azaldan Qərb sanksiyalarının nəticəsidir.

Müharibə başlayandan az sonra Aİ ölkələri Rusiya qazının və neftinin idxalını azaltmağın zəruriliyini elan ediblər. Bunun ardınca Rusiya neftinin idxalına qarşı sanksiyalar tətbiq olunub, nəticədə Avropa İttifaqı bu il ABŞ və Norveçdən enerji idxalını artırıb. Bu, Rusiyanın ixrac gəlirlərinə təsir edib.

İlin əvvəlindən Rusiya rublu ABŞ dollarına nisbətdə 38%, avroya qarşı isə 42% ucuzlaşıb.

Qeyd edək ki, Rusiyanın ötən ilin fevralında Ukraynaya müdaxiləsi rublun dollar qarşısında dərhal devalvasiyası ilə müşayiət olunub. Xüsusilə, 2022-ci ilin mart ayında bir dollar 136 rubl təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər