06 
Sen
2023
16:11
280

Sentyabrın sonunda Rusiyada yeni səfərbərlik dalğası başlaya bilər

Sentyabrın sonunda Rusiyada yeni səfərbərlik dalğası başlaya bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya müxalifət mediası məlumat verib.

Bildirilib ki, səfərbərlik Ukraynanın işğal olunmuş ərazilərində seçkilərin keçirilməsi və nəticələrinin yekunlaşdırılması ilə bağlı tədbirlər başa çatdıqdan sonra elan olunacaq.

“İkinci səfərbərlik dalğasının məntiqi ondan ibarətdir ki, birinci dalğanın rotasiyası vaxtı çatıb və onların ailələri arasında narazılıq artır”, - məlumatda deyilir.

O da qeyd edilib ki, Rusiya hakimiyyəti vətəndaşlara təsir rıçaqlarını gücləndirib və indi səfərbərlikdən yayınmağa cəhd edənləri cinayət məsuliyyəti, habelə çağırış vərəqəsini aldıqdan sonra hərbi komissarlığa getməməyə görə 30 min rubl məbləğində cərimə gözləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər