07 
Sen
2023
12:18
230

Entoni Blinken: "Sanksiyaya məruz qalan rus oliqarxlarından ələ keçirilən aktivlər Ukraynaya veriləcək"

"ABŞ müharibə başlayandan bəri ilk dəfə olaraq rus oliqarxlarından ələ keçirilən aktivləri Ukraynaya keçirəcək".

InterPress.ge xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.

"Biz ilk dəfə olaraq, sanksiyaya məruz qalmış rus oliqarxlarından müsadirə edilmiş aktivləri Ukraynaya köçürəcəyik, hansı ki, Ukrayna müharibəsi veteranlarını dəstəkləmək üçün istifadə olunacaq", - deyə Blinken qeyd edib.

Məlumata görə, söhbət veteranların dəstəklənməsi və reabilitasiyası üçün ayrılması nəzərdə tutulan təxminən 5,4 milyon ABŞ dollarından gedir.

Qeyd edək ki, məbləğ Blinkenin açıqladığı yardım çərçivəsində Ukraynaya köçürüləcək.
 

Bizimlə əlaqə saxlayın