10 
Okt
2023
13:46
306

ABŞ İsrailə silah-sursat verməyə başlayır

Birləşmiş Ştatlar artıq İsrailə kritik ehtiyac duyulan sursat və hərbi texnika tədarük etməyə başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Məsələləri üzrə Strateji Kommunikasiyalar koordinatoru Con Kirbi bildirib. 

O, HƏMAS-ın hücumundan sonra hərbi yardımın ilk partiyasının İsrailə yollandığını təsdiqləyib.

"İsrail bu mübarizədə döyüş sursatı xərcləməyə davam etdiyi üçün onun təhlükəsizliyi ilə bağlı əlavə tələblər olacaq. Biz onların yanında qalacağıq və ehtiyaclarının mümkün qədər yaxşı və tez bir zamanda ödənilməsini təmin edəcəyik”, - Con Kirbi bildirib.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Co Bayden bu gün İsrailə hücumla bağlı rəsmi açıqlama verməyi planlaşdırır.

Qeyd edək ki, İsrailə hücumda azı 11 ABŞ vətəndaşının həlak olduğu məlum olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər