26 
Okt
2023
12:40
549

Nikol Paşinyan: "Sülh olmadan hər hansı bir yolun tikintisi çox çətin olacaq"

"Mən burada bildirirəm ki, sülh olmadan hər hansı bir yolun tikintisi çox çətin olacaq. O da aydındır ki, bizim regionumuzun, Transqafqazın uzunmüddətli sülhə ehtiyacı var".

InterPress.ge xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə “İpək Yolu Forumu”nun açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin “Yol kəsişməsində Sülh Layihəsi”ni hazırlamasının səbəbi dinc yanaşı yaşamadır və məqsədi Ermənistan, Azərbaycan, Türkiyə, İran və digər region ölkələri arasında yol infrastrukturu, neft və elektrik xətlərinin tikintisi və yenilənməsini nəzərdə tutur.

“Yolun özü təkcə ölkələri, şəhərləri deyil, həm də müxtəlif ölkələrin xalqlarını birləşdirir. Biz bunu öz nümunəmizdən yaxşı bilirik - iki qonşumuzla yol açıqdır və bu, özlüyündə bizim münasibətlərimizin mehriban xarakter daşıdığını göstərir, iki qonşumuzla yollar bağlıdır və bu, münasibətlərdəki çətinlikləri açıq şəkildə göstərir", - deyə o bildirib. 

Bizimlə əlaqə saxlayın