26 
Okt
2023
14:08
471

Əli Əsədov Nikol Paşinyana cavab verdi

"Qarabağda 44 günlük müharibədən sonra Azərbaycan dərhal sülhün bərqərar olması ilə bağlı mövqeyini bildirdi. Keçən ay keçirilən antiterror əməliyyatından sonra biz sülhün bərqərar olmasında eyni marağı ifadə etmişik".

InterPress.ge xəbər verir ki, bunu Azərbaycanın Baş Naziri Əli Əsədov Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib.

 “Ermənistanın baş naziri Nikol Paşinyan məsələ qaldırdı və mən buna münasibətimi bildirmək istəyirəm. Qarabağda 44 günlük müharibədən sonra Azərbaycan dərhal sülhün bərqərar olması ilə bağlı mövqeyini bildirdi. Keçən ay keçirilən antiterror əməliyyatından sonra biz sülhün bərqərar olmasında eyni marağı ifadə etmişik və bu, 9 və 10 noyabr 2020-ci il tarixlərində imzalanmış bəyannaməyə uyğun olaraq, xüsusən də nəqliyyat sahəsinə aiddir. Azərbaycan öz mövqeyini göstərmək üçün çox çalışıb. Biz bu ünsiyyətin həqiqətən açıq olmasını istəyirik. Bu, təkcə bizə aid deyil, əgər qarşı tərəf istəsə, davam edib başqa imkanlardan istifadə edə bilərik”, - deyə Əli Əsədov bildirib.

Bizimlə əlaqə saxlayın