27 
Okt
2023
22:35
406

AK rəhbəri : “Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini hazırlayır“

"Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini hazırlayır"

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi brifinqdə bildirib.

“Biz Rusiyaya qarşı 12-ci sanksiya paketinin hazırlanması prosesindəyik. Biz Avropa İttifaqına üzv dövlətlərlə məsləhətləşmələr aparırıq. "Rusiyanın Avropaya və tərəfdaşlarına almaz ixracından əldə etdiyi gəlirin qalan hissəsini necə azaltmağı nəzərdən keçirəcəyik" - Von der Leyen bildirib.

Onun sözlərinə görə, yeni sanksiyalar paketi üzərində iş “Böyük Yeddilik” ölkələri ilə birgə aparılır.

Avropa Komissiyasının sədri onu da qeyd edib ki, Avropa İttifaqı artıq Rusiyaya qarşı tətbiq edilən tədbirlərin effektivliyini gücləndirmək istəyir.

Bizimlə əlaqə saxlayın