İsrail Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirib
İsrail Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirib.
InterPress.ge xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri şəxsi Twitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bir müddət əvvəl İsrail təyyarələri “Hizbullah”ın Livanın cənubunda yerləşən mövqelərinə hava zərbələri endirib. Hədəflər arasında raket buraxılış məntəqəsi, müşahidə məntəqəsi və terrorçu qruplaşmanın istifadə etdiyi digər infrastrukturlar olub.
Həmçinin, İsrail Müdafiə Qüvvələri Marun Əl-Ras kəndində yerləşən “Hizbullah”ın daha bir müşahidə məntəqəsinə ayrıca hücum həyata keçirib.
Həcərin sözlərinə görə, son bir saat ərzində “Hizbullah” İsrailin Manara və bu kimi istiqamətlərə bir neçə mərmi atıb, buna cavab olaraq İsrail Müdafiə Qüvvələri buraxılış məntəqələrini artilleriya ilə bombalayıb.


