29 
Yan
2024
17:04
733

SON DƏQİQƏ! Baş nazir istefa verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verir.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Məlumat üçün bildirək ki, İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə Gürcüstanın baş naziri vəzifəsini tutub.

O, bu vəzifədə “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilini əvəz etsə də, 2015-ci il dekabrın 30-da istefa verib. Daha sonra Giorgi Kvirikaşvili Gürcüstanın baş naziri postunda İrakli Qaribaşvilini əvəzləyib.
İrakli Qaribaşvili ikinci dəfə Gürcüstan hökumətinin başçısı vəzifəsinə başlamazdan əvvəl ölkənin müdafiə departamentinə rəhbərlik edib və o, 2021-ci il fevralın 22-də Giorgi Qaxariyanı əvəzləyərək ikinci dəfə baş nazir vəzifəsini tutub. 

Məlumata görə, bu dəfə baş nazir postunda İrakli Qaribaşvilini hakim partiyanın sədri İrakli Kobaxidze əvəz edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər