26 
Fev
2024
00:19
162

Bolnisidə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Bolnisidə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

InterPress.ge xəbər verir ki, Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə Xocalı qurbanları mərkəzin müəllim və şagird heyəti tərəfindən dərin hüznlə anılıb.

İlk olaraq mərkəzdə tədris olunan Azərbaycan dili və Rəsm kurslarının aşağı yaş qruqlarında təhsil alan şagirdlərinə 1992-ci ildə 32 il öncə Fevralın  25-dən 26-na keçən gecə baş vermiş böyük faciə ilə əlaqədar geniş məlumat verilib.Onların sualları cavablandırılıb daha sonra, “Qan yaddaşımız-Xocalı” adılı geniş tərkibli tədbir başlayıb ilk olaraq Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın  ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman  Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Mərkəzin 100-ə yaxın üzvnun qatıldığı tədbirdə çıxış edən QHİM-in direktoru Rezo Həsənov Xocalı haqqında məlumat verərək bildirib ki,erməni vandaliziminin və vəhşiliyinin qurbanı olan 613 nəfərdən çox dinc,əliyalın Xocalı sakini amınsızlıqla qətlə yetirilib, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 

Qeyd edilib  ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb,Azərbaycanın əsil sahibi olduğu  torpaqlar işğaldan azad edilib. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və  suverenliyi tam bərpa edilib.

 Mərkəzin Azərbaycan dili müəllimi Fatma Əliyeva və İngilis dili müəllimi Rəksanə Şıxıyeva çıxış edərək bildirib ki,Xocalı soyqırımı bəşəriyyətin gördüyü və şahid olduğu ən amansız faciələrdən biridir bu tarixi unutmamaq və unutdurmamaq bütün dünya azərbaycanlılarının mənəvi və vicdanı borcudur ! 

 Mərkəzin Azərbaycan dili fənni üzrə şağirdi Lara İsmayılova “Xocalı”,Yusif İsaqov “Xocalı ay Xocalı” Sənan Turabov isə “Xocalı müsibəti” adılı şeirləri səsləndiriblər, sonda isə “İşgəncələr məbədi-Şuşa həbsxanası”adılı sənədili film nümayiş etdirilib.

 

Bizimlə əlaqə saxlayın