16 
Avq
2020
17:26
753

Ağ bulaq rayonunda ev yandı

Tetricğaro (Ağ bulaq) bələdiyyəsinin Tvalda kəndində yaşayış evi yanıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin fövqəladə halların idarəsi xidmətindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

"Yanğın söndürülüb, xəsarət alan yoxdur. Hadisə yerinə 2 yanğınsöndürmə briqadası səfərbər olunub", - deyə agentlikdən bildirilir.

Şahidlərin sözlərinə görə, yanğınsöndürənlər, xilasedicilər evdən qiymətli əşyalar və pul çıxarda biliblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər