Poniçalada dəhşətli qəzanı törədən şəxs saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyinin patrul polis departamentinin əməkdaşları isti izlərlə keçirilən operativ istintaq axtarış tədbirləri nəticəsində Poniçalada baş verən hadisədə ittiham olunan şəxs - 1995-ci il doğumlu P.Q yaxalanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İstintaqla təsdiq olunub ki, Tbilisidə Poniçala qəsəbəsində yüngül avtomobillə hərəkət edən zaman avtomobil yol kənarında dayanmış yeddi nəfər piyadaya çırpılıb:
1996-cı il doğumlu E. M - ya;
2016-cı il doğumlu E. A - ya ;
1974-cü il təvəllüdlü M. M-ya ;
1991-ci il təvəllüdlü A. M-ya;
2009-cu il doğumlu E. A - ya;
2013-cü il təvəllüdlü R. A-ya;
2016-cı il doğumlu A. M-ya.
Hadisədən sonra P.Q qaçaraq gizlənib.
Təcili tibbi yardım xəsarət alanları xəstəxanaya yerləşdirib onlar hal-hazırda həkimlərin nəzarəti altındadırlar.
Travma nəticəsində E. M və E. A yerində dünyasını dəyişiblər,xəstəxanaya aparıldıqdan sonra isə A.M və M. M dünyasını dəyişib.
Müttəhim polis tərəfindən Poniçala ərazisində yaxalanıb. Hadisə ilə əlaqəli istintaq Gürcüstan cinayət Məcəlləsinin 128-ci və 276-cı maddəsinin 8-ci hissəsi ilə başladılıb.
Cinayət 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


