NATO Ukrayna üçün 100 milyard dollarlıq fond yaratmaq ideyası ilə çıxış edir
NATO Ukrayna üçün 100 milyard dollarlıq fond yaratmaq ideyası ilə çıxış edir.
InterPress.ge xəbər verir ki,bu barədə Bloomberg nəşri öz mənbələrinə əsaslanaraq məlumat yazır.
Nəşrin məlumatına görə, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq üzv dövlətlərin 5 il ərzində ümumilikdə 100 milyard dollar töhfə verəcəyi fond yaratmaq ideyası ilə çıxış edib.
Nəşrin mənbəsinin sözlərinə görə, alyans üzvləri hələ də Stoltenberqin ideyasını və töhfələrin bölüşdürülməsi mexanizmini müzakirə edirlər.
Mənbələr bildirirlər ki, müttəfiqlər razılığa gələnə qədər bu təklif dəyişəcək.
Paketin bir hissəsi kimi NATO Kiyevə silah tədarükünü koordinasiya edən ABŞ-ın rəhbərlik etdiyi Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupunun (“Ramşteyn formatı”) əməliyyat məsuliyyətini də üzərinə götürə bilər.
NATO və Ağ Ev məsələ ilə bağlı şərh verməyib.