14 
Apr
2024
06:03
235

Yaxın Şərq ölkələri hava məkanlarını bağlayıb

Yaxın Şərq ölkələri hava məkanlarını bağlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İrandan İsrailə doğru atılan pilotsuz təyyarələrin yolunda olan İordaniya, Livan və İraq hava məkanlarını bağlayıb.

Eyni zamanda hava məkanı İsrail və İran tərəfindən də bağlanıb.

İsrail mediası İranın İsrail istiqamətində onlarla pilotsuz uçuş aparatı buraxdığını bildirib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü pilotsuz təyyarələrin İsrailə çatmasının bir neçə saat çəkəcəyini bildirib. Daha sonra İran dövlət mediası İranın İsrail istiqamətində pilotsuz uçuş aparatlarının ikinci dalğasını buraxdığını bildirib. İslam İnqilabı Keşikçiləri Korpusu çoxsaylı cinayətlərə cavab olaraq İsrailə raket və pilotsuz təyyarələr atdığını bildirib.

Bizimlə əlaqə saxlayın