24 
Avq
2020
08:59
787

Gürcüstan rəsmiləri dünən baş verən faciəvi qəzaya münasibət bildiriblər

Gürcüstan prezidenti Salome Zurabişvili, Baş naziri Qiorqi Qaxaria, Parlamentin sədri Arçil Talakvadze və Tbilisi meri Kaxa Kaladze Tuşeti bölgəsinin Şatili yolunda baş verən qəza hadisəsi zamanı ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veriblər.

InterPress.ge xəbər verir ki, onlar bu barədə sosiaı şəbəkədə yazırlar.

"Şatilidə baş verən yol qəza hadisəsindən dərin kədərləndiyimi bildirirəm. Qəzada həyatını itirənlərin ailələrinə və yaxınlarına baş sağlığı verirəm" - S. Zurabişvili yazır.

Şatilidə baş verən yol qəza hadisəsindən dərin kədərləndiyimi bildirirəm. Dünyasını dəyişənlər və xəsarət alanlar var. Mən dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm.
İntensiv şəkildə axtarış tədbirləri həyata keçirilir. Həkimlərimiz xəsarət alanların sağalmaları üçün mübarizə aparırlar. Ümid edirik ki, onlar sağlamlıqlarına qovuşarlar"- Q. Qaxaria yazır.

"Biso kəndi yaxınlığında faciəvi hadisə baş verdi. Yol qəzasında dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. Bu bütün ölkənin itkisidir. Zərərçəkənlərə yardım üçün hər şey edilir. Ümid edirik ki, onlar həkimlərin və xilasedicilərin səyləri nəticəsində xilas olacaqlar "- A. Talakvadze yazır.

"Baş verən yol qəza hadisəsi hər birimizi sarsıtdı. Duşeti bələdiyyəsinin Şatili kəndində baş verən yol qəzasında 17 nəfər dünyasını dəyişib. Bütün ölkə yasdadır. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Bu vəziyyətdə bütün sözlər gücsüzdür. Ümid edirəm ki, yaralanan 3 nəfər sağlamlığına qovuşacaq "- Kaxa Kaladze yazır.

Qeyd edək ki, Tuşeti bələdiyyəsinin Şatili kəndində mikroavtobus 80 metr hündürlükdən aşıb. Hadisə nəticəsində 17 nəfər dünyasını dəyişib, 3 nəfər ağır xəsarət alıb.

Bizimlə əlaqə saxlayın