09 
May
2024
22:35
857

Avtomobillərin texniki baxışı bahalaşa bilər

Nəqliyyat vasitələrinin texniki baxışının bahalaşması mümkündür.

InterPress.ge xəbər verir ki, Texniki Baxış Mərkəzləri Birliyinin icraçı direktoru Giorgi Şiolaşvili bu barədə Business Insider Georgia-ya bildirib.

“Yüngül avtomobillərdə xidmət haqqının 30 lari, yük maşınlarında isə 30-50 lari arasında olacağı gözlənilir. Bu istiqamətdə biz İqtisadiyyat Nazirliyi ilə müəyyən məsləhətləşmələrə başladıq. Lakin onun nə vaxt qüvvəyə minəcəyi ilə bağlı məlumatımız yoxdur. Ümid edirəm ki, yaxın gələcəkdə biz bu məsələnin müzakirəsi baxımından daha aktiv fazaya keçəcəyik”, - Giorgi Şiolaşvili deyib.

Texniki baxış tarifi dövlət tərəfindən müəyyən edilir və istənilən yoxlama mərkəzində qiymətlər eynidir. Texniki baxışın qiyməti yalnız avtomobilin növündən asılı olaraq dəyişir.

Hazırda yüngül avtomobilin texniki baxışdan keçmə qiyməti 60 lari, elektromobilin isə 48 laridir. Müvafiq olaraq təkrar texniki baxış 30 və 20 GEL arasındadır.

 

Bizimlə əlaqə saxlayın