Avropanın bu ölkəsinə ən ucuz qiymətlə uçuş başlayır - BAŞ NAZİRDƏN AÇIQLAMA
"Budapeşt istiqamətilə yeni reys yaxın vaxtlarda baş tutacaq. Bu tələbələrimizə Avropaya güzəştli qiymətlərlə getməyə şərait yaradacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Qiorqi Qaxaria bu gün baş tutan hökumət iclasında qeyd edib.
Q. Qaxarianın sözləri ə görə, uçuş bileti 199 avrodan çox olmayacaq. Onun sözlərinə görə, tələbata görə, proqram davam edəcək.
"Yeni tədris ili yalnız Gürcüstanda deyil xarici ölkələrdə də başlayacaq. Bizim bir çox tələbə vətəndaşlarımız müxtəlif proqramlarla xarici ölkələrdə təhsil alırlar. Biz artıq Almaniya istiqamətilə 2 reys həyata keçirmişik. Tələbata uyğun olaraq biz Budapeşt istiqamətilə də reys təyin etmişik. Budapeşt istiqamətilə yeni reys yaxın vaxtlarda baş tutacaq. Bu tələbələrimizə Avropaya güzəştli qiymətlərlə getməyə şərait yaradacaq.
Bu reyslə yalnız Budapeştdə təhsil alan tələbələr deyil Avropada oxuyan tələbələr də gedəcək. Bilet 199 avrodan çox olmayacaq. Tələbata görə proqram davam edəcək ", - deyə Qaxaria qeyd edib.


