01 
Iyl
2024
12:08
667

İormuğanlı kəndində gənc oğlan əli-qolu bağlanaraq fiziki zorakılığa məruz qalıb

Kaxetinin İormuğanlı kəndində gənc oğlan qonşuları tərəfindən fiziki zorakılığa məruz qalıb.

InterPress.ge xəbər verir ki, sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb. 

Yayılan görüntülərdə, zərərçəkənin əllərinin bağlı olduğu, on nəfərə yaxın şəxsin onu təhqir etdiyi və döydüyü görünür.

Mövcud məlumata görə, 35 yaşlı kişi aldadılaraq evdən çıxarılıb. Təsdiqlənməmiş versiyaya görə, hücumun motivi qısqanclıq olub, döyülən şəxsin yaxınları isə fiziki təzyiqin biznes maraqlarına görə baş verdiyini deyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İormuğanlı kəndində baş vermiş zorakılıq 
faktına görə hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri zorakılıq ittihamı ilə həbs ediblər.

İstintaq Cinayət Məcəlləsinin qrup şəklində zorakılıq törətməni nəzərdə tutan 126-cı maddəsi ilə aparılır.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər