01 
Iyl
2024
14:15
316

Macarıstan Avropa İttifaqı Şurasına sədr ölkə oldu

Bu gündən etibarən növbəti altı ay ərzində, yəni 2024-cü ilin dekabrına qədər Macarıstan Avropa İttifaqı Şurasına sədrlik edəcək.

InterPress.ge xəbər verir ki, Macarıstan Avropa İttifaqı Şurasına sədrlik postunu Belçikadan götürüb.

Macarıstanın sədrliyi bir sıra prioritetləri qeyd edib:

Aİ iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, müdafiə siyasətinin gücləndirilməsi, ardıcıl və ləyaqətə əsaslanan genişlənmə siyasəti, qeyri-qanuni miqrasiyanın dayandırılması, birlik siyasətinin gələcəyinin formalaşdırılması, AB-nin fermer yönümlü kənd təsərrüfatı siyasəti, demoqrafik problemlərin həlli.

Qeyd edək ki, Avropa İttifaqı Şurasına sədrlik hər 6 aydan bir dəyişir. 6 ay sonra dekabrdan etibarən sədrlik postunu Polşa götürəcək.

 

Bizimlə əlaqə saxlayın