02 
Iyl
2024
12:09
405

May ayında kredit verən qurumlarla bağlı 131 şikayət daxil olub


Təkcə bir ayda, yəni may ayında kredit verən qurumlarla bağlı 131, cari ilin 5 ayı ərzində isə 752 şikayət daxil olub.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Bank məlumat yayıb.

Qurumun məlumatına görə, 2024-cü ilin may ayında daxil olan şikayətlərdən 118-i istehlak kreditləri, 12-si lombard kreditləri, 1-i isə kredit kartı ilə bağlı olub.

Etiraz tərzli şikayətlərdə isə, qeyd olunan şikayətlərin 117-si etik davranış qaydaları ilə bağlı məsələlər, 11-i faiz yığımları, 1-i müqavilə şərtləri ilə bağlı iddialar, 1-i isə işçi tərəfindən düzgün olmayan məlumatlarla bağlıdır. 

Həmin məlumatlara görə, qeyd olunan iddialardan 131-nə maliyyə təşkilatı daxilində baxılması artıq başa çatıb və müştərinin şikayəti əsassız hesab edilib.

Məlumat üçün bildirək ki, qeydiyyat öhdəliyi kredit verən subyektlərin üzərinə 2019-cu ildə qoyulub, o zaman onların sayı 11 olub. Hazırda bazarda 165 kredit təşkilatı fəaliyyət göstərir.

 

Bizimlə əlaqə saxlayın