14 
Iyl
2024
11:45
421

Mdinaradze: “Siyasi zorakılıq və sui-qəsd cəhdləri, müharibə və dağıntılar Qlobal Müharibə Partiyasının və liberal faşizmin imzalarıdır”

"Demokratiyanın flaqman dövlətində prezidentliyə namizədi sıradan çıxarmaq məqsədi ilə ona  edilən hücum təəccüblü, narahatedici və təşviş vericidir"

InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri, “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze  sosial şəbəkədə yazıb.

Mdinaradzenin sözlərinə görə, “siyasi zorakılıq və adam öldürməyə cəhd, təxribatçı hərəkətlər və yalanın təbliği, müharibə və dağıntılar Qlobal Müharibə Partiyasının və liberal faşizmin imzalarıdır”.

“Prezident Trampın sağalmasını və tez bir zamanda seçki kampaniyasına qayıtmasını, Amerika xalqına və dünyaya sülh, demokratiya və ədalətin qələbəsini arzulayırıq!”

P. S. Gürcüstanda agentlik partiyalarının mövqeyi var, qlobal müharibə partiyası yoxdur, onu gürcü arzusu uydurub”,- Mdinaradze yazıb.

Məlumat üçün bildirək ki, Donald Tramp Pensilvaniya ştatında tərəfdarları ilə görüş zamanı baş verən atışma nəticəsində yaralanıb.Görüş  iştirakçılarından biri həlak olub, iki iştirakçı isə ağır yaralanıb. ABŞ Məxfi Xidməti tərəfindən zərərsizləşdirilən silahlının özü də öldürülüb. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər