Tramp hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib
Donald Tramp hüquq-mühafizə orqanlarına və Məxfi Xidmətə çevik reaksiyalarına görə təşəkkür edib.
InterPress.ge xəbər verir ki, o bu barədə təsis etdiyi platforma - Truth Socialda bəyanat yayıb.
“Ən əsası, mərhumun ailəsinə, həmçinin ağır yaralananların ailəsinə başsağlığı vermək istəyirəm. Ölkəmizdə belə bir əməlin baş verməsi ağlasığmazdır. Sağ qulağımın yuxarı hissəsini deşən güllə mənə tərəf atıldı. Vızıltı və atışma səsini eşidəndə dərhal nəyinsə səhv olduğunu anladım və dərimdə bir güllə hiss etdim. Çox qanaxma var idi, ona görə də nə baş verdiyini başa düşdüm. Allah Amerikaya rəhm eləsin!”, – Tramp yazıb.
Donald Tramp Pensilvaniya ştatında tərəfdarları ilə görüş zamanı baş verən atışma nəticəsində yaralanıb. Mitinq iştirakçılarından biri həlak olub, iki iştirakçı isə ağır yaralanıb. ABŞ Məxfi Xidməti tərəfindən zərərsizləşdirilən silahlının özü də öldürülüb. ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampa sui-qəsd cəhdində əli olan şəxsin kimliyini müəyyən edib və onun 20 yaşlı Tomas Metyu Kruks olduğunu bildirib.
Donald Tramp müvafiq tibbi yardım aldıqdan qısa müddət sonra xəstəxananı tərk edib.


