Medvedev: Ukrayna 2034-cü ilə qədər mövcudluğunu dayandıra bilər
"Ukrayna NATO-ya üzv olacağı gözlənilən 2034-cü ilə qədər mövcudluğunu dayandıra bilər."
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev məlumat verib.
“NATO-nun baş katibi Stoltenberq bu yaxınlarda açıq şəkildə bəyan etdi ki, o, 2034-cü ili Ukraynanın alyansa qoşulması üçün yaxşı ssenari hesab edir, yəni heç vaxt”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, o vaxta qədər NATO-ya üzv ölkələrin liderləri öz mövqelərində olmayacaqlar, “onların bəziləri artıq bu dünyada olmayacaq” və Ukrayna hətta mövcud olmaya da bilər.
“Ukraynanın NATO-nun cənnətinə girəcəyi ilə bağlı vədlərin heç bir mənası olmayıb və nəticədə boş sözə, Ukrayna xalqının beynini yumaq üsuluna çevrilib", - Medvedev qeyd edib.


