Kaxetidə bu gün səhər qaçırılan qızın kimliyi məlum olub
Kaxetinin Qabal kəndində 23 yaşlı genc qız qaçırılıb. Hadisə bu gün səhər saatlarında baş verib.
InterPress.ge xəbər verir ki, qaçırılan qız, TSSU-nun 6-cı kurs tələbəsi Günel Həsənovadır.
Gənc qızın dayısı qızın qaçırılması zamanı, fiziki gücdən istifadə olunduğunu deyir. dayının dediklərini təsdiqləyən videogörüntülər də var.
“Dörd nəfər idilər, avtomobildən düşüb qızı maşına mindirdilər. Qız da, nənəsi də müqavimət göstərsələr də, heç nə edə bilməyiblər. Həm qız, həm də nənəsi yaralanıb. qızın qaçırıldığı maşının modeli və nömrəsi bizə məlumdur.Biz də polisə məlumat verdik, lakin onun yerini tapa bilmədilər. Biz öz səylərimizlə maşının ehtimal olunan yerini öyrəndik. Bunu polisə də dedik. Bizi hələ də polis sorğu-sual edir”, – deyə qaçırılan qızın dayısı deyir.


