Sərhəd polisi qrup halında sərhədi qanunsuz keçməyə cəhd edən 3 nəfəri həbs edib
Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Batumi diviziyasının “Kirnati” sərhəd sektorunun mühafizə bölməsində 3 nəfər xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü B,Q./1996-cı il təvəllüdlü B.B. və 1994-cü il təvəllüdlü B.A. qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etdikləri üçün tutulublar.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin məlumatına görə, cinayət 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək Gürcüstandan Türkiyə Respublikası istiqamətində qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər. “İstintaq Gürcüstan Cinayət Məcəlləsinin ikinci hissəsinin 19-344-e maddəsinin “a” yarımbəndi ilə aparılır ki, bu da qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd deməkdir”, - məlumatda deyilir.