Marneulidə “Gürcü dili - müstəqilliyinizin qarantı” adlı layihənin yekun tədbiri keçirilib - VİDEO
31 iyul tarixində Marneulidə “Qırmızı Körpü” Qeyri hökümət təşkilatının “Gürcü dili - müstəqilliyinizin qarantı” adlı layihəsinin yekun tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, keçirilən tədbirdə, layihənin mahiyyəti və əldə olunan nailiyyətlərə diqqət yönəldilib. Həmçinin layihənin yekun icmal hesabatı təqdim olunub.
Tədbirdə ictimaiyyət nümayəndələri, o cümlədən vətəndaş fəalları və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, sözü gedən Layihə Birləşmiş Millətlər Təşkilatının Gürcüstan Assosiasiyası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “Müxtəliflikdə birlik” proqramı çərçivəsində və InterPress xəbər portalının informasiya dəstəyi ilə həyata keçirilib.
Daha ətraflı Video materialda təqdim edirik: