"Hizbullah" lideri: Cavabımız güclü və təsirli olacaq
“Hizbullah” komandirlərindən birinin öldürülməsinə görə İsraili sərt cavabla hədələyir.
InterPress.ge xəbər verir ki,bu barədə “Reuters” “Hizbullah” lideri Həsən Nəsrullahın sözlərinə əsaslanaraq məlumat yayıb.
Nəsrullah Hizbullahın cavab vermək üçün uyğun bir an gözləyəcəyini bildirib, lakin cavabın vaxtı və forması barədə ətraflı məlumat verməyib.
O qeyd edib ki, “Hizbullah”ı qisas almamağa inandırmaq üçün bütün beynəlxalq səylər nəticəsiz qalıb.
Nəticələrdən asılı olmayaraq, müqavimət İsrailin bu hücumlarının qarşılıqsız qalmasına imkan verməyəcək... Bizim cavabımız güclü, effektiv və nəticə verən olacaq”, - deyə Nəsrullah bildirib.
Məlumat üçün bildirək ki, iyulun 30-da İsrail Livanın paytaxtı - Beyrutu bombalayıb və nəticədə Hizbullahın hərbi komandiri Fuad Şükri həlak olub.


