Qabal kəndində genc qızın qaçırılma məsələsi ilə bağlı 5 nəfər saxlanıldı
Kaxeti polisi evlənmək üçün qanunsuz olaraq azadlıqdan məhrum etmə və qız qaçırma faktına görə, 5 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN-dən verilən məlumata görə, cinayətlər 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Kaxeti Polis İdarəsinin Laqodexi rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 1998-ci il təvəllüdlü A.M. Qeyri-qanuni yol ilə azadlıqdan məhrum etmə ittihamı ilə həbs ediblər. 1969-cu il təvəllüdlü İ.F, 1999-cu il təvəllüdlü C.İ, əvvəllər də məhkum olunmuş 1996-cı il təvəllüdlü S.A və 2003-cü il təvəllüdlü M.B azadlıqdan qrup halında qeyri-qanuni şəkildə məhrum etmə ittihamı ilə saxlanılıblar.
İstintaq müəyyən edib ki, A.M. evlənmək məqsədi ilə 2000-ci il təvəllüdlü G.H.-ni azadlıqdan qeyri qanuni yol ilə məhrum edib. Həmçinin təqsirləndirilən şəxs qismində saxlanılan şəxslər İ.F, C.İ, S.A və M.B qanunsuz azadlıqdan məhrum etmədə iştirak ediblər.
Polisin apardığı intensiv axtarış və istintaq tədbirləri nəticəsində qaçırılan qızı rayonun Qaracala kəndində tapıb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143 və 137-ci maddələri ilə araşdırma aparılır.


