Sentyabrın 1-dən Aİ ölkələrinə səyahət qaydalarında dəyişiklik olacaq
Sentyabrın 1-dən Gürcüstandan Aİ-yə səfərlərdə bir sıra dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır.
InterPress.ge xəbər verir ki, Aİ hava limanlarına mayelərin daşınmasına məhdudiyyətlər qoyulub.
Sentyabrın 1-dən etibarən Aİ hava limanları sərnişinlər üçün mayelərin daşınmasına yenidən məhdudiyyətlər qoyub. Daha dəqiq desək, əl yükündə 100 ml-dən çox mayenin daşınması qadağan edilir. Avropanın bir çox hava limanlarında (Almaniya, İrlandiya, İtaliya, Litva, Hollandiya, İsveç, Malta, Finlandiya, Böyük Britaniya) yeni C3 skanerləri quraşdırılıb. Daha sonra bu qurğular mayenin miqdarına qoyulan məhdudiyyəti aradan qaldırıb və sərnişinlərin bel çantalarından və çamadanlarından butulka və konservləri çıxarmağa ehtiyac qalmayıb.
Bununla belə, Avropa Komissiyası indi deyir ki, əvvəllər qabaqcıl texnologiya nümunələri kimi görünən yeni skanerlər alışan mayeni adi sudan ayıra bilmədiyi üçün “təhlükəli”dir. Skanerlər təkmilləşdirilməlidir və problem həll olunana qədər Avropa hava limanları sınaqdan keçirilmiş cihazlardan istifadə etməli və mayelərin daşınması ilə bağlı köhnə prosedur və qaydalara qayıtmalıdır.
Məlumat üçün bildirək ki, qərarı hazırda Avropa İttifaqının üzvü olmayan Böyük Britaniya da dəstəkləyib.


