Almaniya quru sərhədlərində müvəqqəti olaraq pasport nəzarətini bərpa edəcək
Almaniya quru sərhədlərində müvəqqəti olaraq pasport nəzarətini bərpa edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fayzer açıqlama verib.
O qeyd edib ki, Almaniya bu barədə Avropa İttifaqını məlumatlandırıb. Onun sözlərinə görə, Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka ilə sərhəd nəzarəti sentyabrın 16-dan başlayacaq və ilkin olaraq 6 ay davam edəcək. Bu qərarın məqsədi qeyri-qanuni miqrasiya, həmçinin terror qruplaşmaları və beynəlxalq cinayətkar təşkilatların təhdidləri ilə mübarizə aparmaqdır.
“Ölkəmizin əhalisini qorumaq üçün əlimizdən gələni edirik. Biz daxili təhlükəsizliyimizi konkret tədbirlərlə gücləndiririk və qeyri-qanuni miqrasiyaya qarşı sərt mövqe nümayiş etdiririk”, - nazir bildirib.


