13 
Sen
2024
15:58
468

Ukrayna 49 nəfəri rus əsirliyindən geri qaytarıb

Ukrayna tərəfi 23-ü qadın olmaqla, Rusiya əsirliyindən daha 49 əsgər və mülki vətəndaşı geri qaytarıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mediası Ukraynadakı hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahına və prezident Zelenskinin sosial şəbəkələrdəki paylaşımına əsaslanaraq yazıb.

“Hər zaman səbirsizliklə gözlədiyimiz və çalışdığımız xalqımızın daha bir dönüşü. 49 ukraynalı hazırda evdədir. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Milli Polisin, Dövlət Sərhəd Xidmətinin döyüşçüləri, mülki vətəndaşlarımız var. Onların arasında xəstə atasına baxmağa gələndə ruslar tərəfindən girov götürülən gənc qadın Lenye Umerova və  “Azovstal”ın mühafizəçiləri də var”, – Zelenski Facebook-da yazıb.

Ukrayna Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Qərargahının məlumatına görə, azad edilənlər arasında 23 əsgər və çavuş, 19 zabit, qalan 7 nəfər isə mülki şəxsdir.

Qeyd edək ki, Mariupol və “Azovstal”ın 15 müdafiəçisi sərbəst buraxılıb.

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər