Qonşusunu qətlə yetirən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1990-cı il təvəllüdlü Q.P qəsdən adam öldürmə maddəsi ilə həbs edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, cinayət 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il oktyabrın 8-də Kobuleti bələdiyyəsinin Leqva kəndində mövcud münaqişə zəminində qonşusu 1960-cı il təvəllüdlü T.K.-nı ov tüfəngindən açdığı atəşlə öldürüb və hadisə yerindən qaçıb.Q.P isti izlərlə həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi cinayət silahını - ov tüfəngini çıxarıblar. "Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb", - məlumatda deyilir.


