
İsrail BMT agentliyinin ölkə ərazisində fəaliyyətini qadağan edib
İsrail Knesseti Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsraildə fəaliyyətini qadağan edən qanun layihəsinin lehinə səs verib.
InterPress.ge xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, 92 deputat qanun layihəsini dəstəkləyib, 10 deputat isə əleyhinə çıxıb.
İsrail Qəzza zolağında UNRWA əməkdaşlarının 10 faizindən çoxunun terrorla əlaqəsi olduğunu və təşkilatın himayəsi altında fəaliyyət göstərən təhsil müəssisələrinin müntəzəm olaraq İsrailə nifrətini qızışdırdığını və terroru təriflədiyini iddia edir.
Qanun layihəsi təsdiqlənməmişdən əvvəl BMT-nin Baş katibi Antonio Quterreş onun qəbul edilməsinin fəlakət olacağını, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrel isə bunun dağıdıcı nəticələri olacağını bildirib.