Co Bayden Donald Trampı qələbə münasibətilə təbrik edib
ABŞ prezidenti Co Bayden Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və onu Ağ Evə dəvət edib.
InterPress.ge xəbər verir ki,bu barədə CNN Ağ Evin yüksək vəzifəli məmurlarından birinə istinadən məlumat yayıb.
Mənbə onu da qeyd edib ki, prezident Co Bayden cümə axşamı, noyabrın 7-də çıxış edəcək.
“Prezident Bayden [hakimiyyətin] rəvan keçidini təmin etməyə hazır olduğunu bildirdi və ölkəni birləşdirmək üçün çalışmağın vacibliyini vurğulayıb.
O, həmçinin seçilmiş prezident Trampı Ağ Evdə onunla görüşə dəvət edib. Dəqiq tarixlə bağlı qərargah yaxın vaxtlarda razılaşdırılacaq”, - mənbə bildirib.
Ağ Evin yüksək rütbəli rəsmisi həmçinin qeyd edib ki, prezident Bayden vitse-prezident Kamala Harrislə danışıb və “vitse-prezidenti tarixi kampaniyası münasibətilə təbrik edib”.


