09 
Nybr
2024
15:17
819

“Gürcüstanın valyuta ehtiyatlarının adekvatlığı meyarları pozulub” – Fitch Ratings

“Sentyabrın sonundan indiyədək ehtiyatların həcmi cari hesab üzrə ödənişlərin cəmi 2,6 ayını əhatə edir. Bu, Beynəlxalq Valyuta Fondunun tövsiyə etdiyi 3 aylıq minimum limitdən aşağıdır."

InterPress.ge xəbər verir ki, bu barədə Fitch Ratings-in analitik qrupunun rəhbəri Arvind Ramakrişnan “Analytica”ya eksklüziv müsahibəsində bildirib.

Ehtiyatların adekvatlığı standartı pozulub, ona görə də biz bunu kredit reytinqinin zəif tərəfi hesab edirik”, - Ramakrişnan bildirib.

Arvind Ramakrişnan deyir ki, valyuta ölkə üçün bir neçə cəhətdən vacibdir, məsələn: idxalı maliyyələşdirmək; xarici borcuna xidmət etmək. "Bu amillərə görə, Gürcüstan oxşar reytinqə malik ölkələrdən geri qalır və bunun struktur səbəbi var", - Fitch Ratings analitik qrupunun rəhbəri bildirib.

Arvind Ramakrişnanın sözlərinə görə, əsas struktur səbəb ölkənin illərdir qoruyub saxladığı cari hesab kəsiridir.

 “Əgər Gürcüstan daha kiçik cari hesab kəsirinə nail ola bilsə, o, öz potensialını reallaşdıra biləcək: zaman keçdikcə ehtiyatlarını artıracaq və daha çox birbaşa xarici investisiya cəlb edəcək – bütün bunlar reytinqə müsbət təsir edəcək”.- Arvid Ramakrişnan bildirib.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında Gürcüstanın valyuta ehtiyatları rekord həddə - 627 milyon dollar azalaraq 4,08 milyard dollara düşüb ki, bu da Milli Bank tarixində bir aylıq ən kəskin azalmadır. Bu azalmanın əsas səbəbi Milli Bankın seçkiqabağı dövrdə həyata keçirdiyi 4 valyuta müdaxiləsi, 213 milyon dollar satışı və Bmatch platforması vasitəsilə əlavə intervensiyaların həyata keçirilməsi olub.

Bizimlə əlaqə saxlayın