Aksiya zamanı qrup şəklində zorakılıqda iştirak edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində V.T. saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumun məlumatına görə, cinayət 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaqda müəyyən edilib ki, Rustaveli prospektində davam edən etiraz aksiyaları zamanı təqsirləndirilən şəxslər qrup şəklində zorakılıqda iştirak edib, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmayıb, onların istiqamətinə müxtəlif əşyalar atıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi ilə araşdırma aparılır.
İstintaq Rustaveli prospektində aksiyalar zamanı qrup şəklində zorakılığın təşkili, onlara rəhbərlik etmə və ya bu zorakılıqda iştirak etmə, zorakılıq hərəkətlərinə ictimai çağırış, habelə partlayışın hazırlanması, polisə basqın etmə və əmlaka ziyan vurma faktlarının araşdırılması, 225-ci, 239-cu prima , Cinayət Məcəlləsinin 187-ci, 353-cü E prima və 18-229-cu maddəsi ilə aparılır, - məlumatda deyilir.


