
Marneulidə vətəndaşlara hüquqi yardımlar göstərilir
"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsi davam edir.
InterPress.ge xəbər verir ki, dekabr ayının 14-ü və 15-də "Azərbaycan Evi"ndə adı çəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən, əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli, Bolnisi və Dmanisi rayonlarının sakinlərinin hüquqi problemləri dinlənilib.
Səkkizinci qəbul günündə 18 nəfər Gürcüstan vətəndaşları qəbul edilərək problemləri dinlənilib.
Vətəndaşların problemlərinin (əfv məsələləri bağlı ərizə, məhkəmə proseslərinin tezləşdirilməsi, aliment, vərəsəlik, mülkiyyət, torpaq məsələləri, ailə zorakılığı və qanunsuz cərimələrin silinməsi və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, Gürcüstan Prezidentinə, baş prokurorluğa və məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib.
Qəbul günləri davam edəcək və soydaşlarımız bu xidmətdən faydalana bilərlər.
Qəbula yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +995 599 10 96 90