01 
Yan
2025
20:02
740

2025-ci ildən parlament üzvlərinin maaşı nə qədər olacaq?

2025-ci ildən Gürcüstan parlament üzvlərinin maaşı artırılacaq.

InterPress.ge xəbər verir ki, bununla bağlı parlamentin sədri Şalva Papuashvilinin təşəbbüsü ilə parlamentin reqlamentinə edilmiş dəyişikliklər qüvvəyə minib.

Layihənin ilkin variantına görə, parlament üzvlərinin artırılmış maaşları sabit məbləğdə olub və parlament vəzifələrinə uyğun olaraq 8,250–10,000 lari arasında müəyyən edilib.

Müzakirə zamanı layihə bir neçə dəfə dəyişdirilib və deputatların artırılmış maaşları konkret rəqəmlər əvəzinə, "Dövlət Qulluğu Haqqında" qanunla müəyyən edilmiş əmsallara əsaslanıb. Deputat maaşları qanunla müəyyən edilmiş əmsalların maksimal həddi əsasında tənzimlənib.

XI çağırış parlament üzvləri üçün aşağıdakı əmək haqqı əmsalları müəyyən edilib:

Parlamentin sədri – 10.00;

Parlamentin sədrinin birinci müavini – 9.20;

Parlamentin sədr müavini – 9.00;

Komitə sədri, fraksiya sədri – 8.50;

Komitə sədrinin birinci müavini, fraksiya sədrinin birinci müavini – 8.30;

Komitə sədrinin müavini, fraksiya sədrinin müavini – 8.10;

Hər hansı vəzifəsi olmayan parlament üzvü – 8.00.

Məlumatına görə, vəzifə əmsallarına əsasən 2025-ci ildən etibarən parlament üzvlərinin maaşları aşağıdakı kimi olacaq:

Parlament sədri – illik 175,200 lari, aylıq 14,600 lari;

Parlament sədrinin birinci müavini (əmsal 9.2) – illik 161,184 lari, aylıq 13,432 lari;

Parlament sədr müavini (əmsal 9) – illik 157,680 lari, aylıq 13,140 lari;

Komitə sədri (əmsal 8.6) – illik 150,672 lari, aylıq 12,556 lari;

Parlament üzvləri (əmsal 8) – illik 140,160 lari, aylıq 11,680 lari.

Qeyd edək ki, bu məbləğlərdən 20%-lik gəlir vergisi çıxılmayıb.

Bununla yanaşı, 1 yanvardan etibarən dövlət qulluğunda çalışan bütün şəxslərin maaşı 10% artırılacaq.

Bizimlə əlaqə saxlayın