23 
Yan
2025
14:22
420

Ölkədə qrip virusu kəskin şəkildə artıb

Gürcüstanda qripin yayılması artıb və hazırda əhali arasında bu virusun sürətlə yayıldığı bildirilir.

InterPress.ge xəbər verir ki, "İaşvili adına Uşaq Mərkəzi Xəstəxanası"nın baş həkimi İvane Çxaiadze, dekabr ayının sonunda qripin ümumi infeksiya payının 25% olduğunu, lakin yanvar ayında bu rəqəmin 60%-ə yüksəldiyini bildirib.

Çxaiadze qeyd edib ki, indiki dövr ərzində, öskürək, asqırma, burun axıntısı və yüksək hərarət kimi simptomlarla xəstələnən hər 10 nəfərdən 6-sı qripdən əziyyət çəkir. Bu, virusun sürətlə yayıldığını və infeksiya hallarının yüksək olduğunu göstərir.

Baş həkim, qripin yayılma sürətinin artması ilə bağlı xəstəxanaya müraciət edənlərin sayının da kəskin artdığını, buna görə də, "İaşvili" klinikasının strukturuna yeni 25 çarpayılıq bölmə əlavə etdiklərini bildirib.

"Bu qədər böyük artım olduğu üçün klinikamızda yeni 25 çarpayılıq bir şöbə açmaq qərarına gəldik. Bu, uşaqları qəbul etmək üçün kifayət etmədi və əlavə olaraq bir digər şöbə də açdıq", - deyə həkim məlumat verib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər