27 
Yan
2025
14:06
332

Seçki Komissiyasının funksiyalarına və fəaliyyətinə müdaxiləyə görə məsuliyyət sərtləşdirilir

Seçki Komissiyasının fəaliyyətinə müdaxilə məsuliyyəti sərtləşdirilir

InterPress.ge xəbər verir ki, “Gürcü arzusu” partiyasının deputatları seçki qanunvericiliyində bir sıra dəyişikliklər planlaşdırıb.

Dəyişikliklər arasında, xüsusən də Seçki Komissiyasının fəaliyyətinə müdaxilə və buna bağlı cərimə ilə əlaqəli məsələlər yer alır.

Hazırda qüvvədə olan qanuna əsasən, bu cür müdaxilə üçün 500 lari miqdarında cərimə nəzərdə tutulub. “Seçki Məcəlləsi”ndə planlaşdırılan dəyişikliklərə əsasən isə, Seçki Komissiyasının funksiyalarına və fəaliyyətinə müdaxilə edən şəxs 2,000 lari məbləğində cərimələnəcək.

Qanun layihəsinin müəllifləri və təşəbbüskarı olan deputatlar: Qivi Mixanadze, Arçil Qorduladze, Aleksandr Tabatadze, Davud Mətikavşvili, Rati Yonatamişvili, Tornike Çeşişvili, Aluda Quduşauri, Tengiz Şarmanaşvili və Quram Maçarashvili göstərilmişdir.

Bizimlə əlaqə saxlayın