28 
Yan
2025
14:50
793

Seçkilərdə yeni qayda - Artıq bu qayda olmayacaq

Artıq səsvermə günü püşkatma yolu ilə məntəqə seçki komissiyasının üzvləri arasında funksiyaların bölgüsü aparılmayacaq.

InterPress.ge xəbər verir ki. “Seçki Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, məntəqə seçki komissiyası üzvlərinin funksiyalarının bölgüsü üzrə püşkatma mərasimi ən geci 7-ci gün qalanadək keçiriləcək.

“Gürcü Arzusu” millət vəkillərinin hazırladığı qanun layihəsinə görə, Seçki Məcəlləsində məntəqə seçki komissiyası üzvlərinin funksiyalarının bölüşdürülməsi üçün püşkatmanın seçkiyə ən geci 7-ci gün qalmış keçirilməsi nəzərdə tutulur.

Qanunun hələ də qüvvədə olduğunu nəzərə alsaq, sözügedən prosedur seçki günü saat 07:00-dan 08:00-a qədər aparılmalıdır.

Bu kontekstdə MSK-nın oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi qəbul etdiyi qətnaməni qeyd etmək yerinə düşərdi ki, ona əsasən seçki məntəqəsində komissiya üzvləri arasında funksiyaların bölüşdürülməsi ilə bağlı püşkatma mərasimi  seçki günü deyil, seçkilərə yeddi gün qalmış keçirilib. MSK-nın bu qərarı həm seçkilərdə iştirak edən siyasi qurumlar, həm də müşahidəçi qeyri-hökumət təşkilatları tərəfindən tənqidlə qarşılanıb.

Bizimlə əlaqə saxlayın