28 
Yan
2025
16:42
593

Seçkilərdə silahla bağlı yeni qanun qüvvəyə minə bilər

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvlərinə xidməti silah daşıma hüququ veriləcək.

InterPress.ge xəbər verir ki, "Silahlar haqqında" qanuna əsasən, səlahiyyətlərini həyata keçirmək üçün xidməti-silahlı vəzifəli şəxslərə verilən silah daşıma hüququna MSK üzvləri də əlavə ediləcək.

Bu qanunvericilik təşəbbüsünü Gürcüstanın "Gürcü Arzusu" partiyasının deputatları parlamentə təqdim ediblər.

Eyni layihə ilə, xidmət müddəti bitdikdən sonra, müdafiə və idman sahəsində qısa tapançaların daşıma hüququ MSK üzvlərinə veriləcək. Bu hüquq yalnız o üzvlərə veriləcək ki, onlar son 4 ildə xidmət müddətini kəsintisiz yerinə yetiriblər. Həmin hüquq, seçki qanunvericiliyini pozan və məhkəmə qərarı ilə təsdiq olunan MSK üzvlərinə verilmayacaq.

Bu qanun layihəsinin müəllifləri və təşəbbüskarları arasında deputatlar Givi Mixanadze, Arçil Gorduladze, Aleksandr Tabatadze, Davit Matikashvili, Rati Ionatamishvili, Tornike Çeişvili, Aluda Guduşauri, Tengiz Şarmanashvili və Guram Maçaraşvili yer alır.

Bizimlə əlaqə saxlayın