29 
Yan
2025
12:31
513

2024-cü ilin ilk ayında 24 uşaq seksual zorakılığın qurbanı olub

2024-cü ilin yanvar-fevral aylarında, seksual xarakterli cinayətlərə dair prokurorluq 24 uşağı zərərçəkmiş kimi tanıyıb.

InterPress.ge xəbər verir ki, bu, "İnsan Hüquqları Mərkəzi"nin uşaqların hüquqları ilə bağlı hesabatında qeyd olunur:

"Həmçinin keçən il olduğu kimi, uşaqlara qarşı zorakılıq, o cümlədən fiziki cəza metodlarının mövcudluğu hələ də problem olaraq qalır. Sürətli və effektiv araşdırma isə hələ də çətinliklər yaradır. Yalnız 2024-cü ilin yanvar-fevral aylarında seksual xarakterli cinayətlərə dair prokurorluq 24 uşağı zərərçəkmiş kimi tanıyıb. Bununla yanaşı, uşaqlara qarşı edilən seksual zorakılığın dəqiq statistikası mövcud deyil.

Seksual zorakılıq 2024-cü ildə də ailə üzvləri tərəfindən törədilib. Məsələn, Kaxeti bölgəsində 14 yaşlı qız  40 yaşlarında olan qohumu  tərəfindən təcavüzə uğrayıb; Qərbi Gürcüstanda isə, bir gənc ana olduqdan sonra, atası tərəfindən təcavüz ittihamı ilə polis tərəfindən həbs edilib. Doğuşdan sonra, qızın dediyinə görə, o, iki il ərzində atasının seksual zorakılığına məruz qalıb və ona təhdidlər edilib." -hesabatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər