Bir sıra QHT-lər bəyanat yayır
İnsan Hüquqları Ombudsmanı yanında fəaliyyət göstərən Etnik Azlıqlar Şurasının üzvü bir sıra QHT -lər bəyanat yayıb.
InterPress.ge bəyanatı təqdim edir:
"İnsan Hüquqları Ombudsmanı yanında fəaliyyət göstərən Etnik Azlıqlar Şurası, hansı ki, Tolerantlıq Mərkəzi tərəfindən koordinasiya edilir, illər ərzində vətəndaş inteqrasiyası məsələlərinin müzakirə edilməsi və etnik azlıqların ehtiyacları üzrə iş aparılması üçün mühüm bir platforma təşkil edib. Lakin son bir ildə şuranın fəaliyyəti çıxılmaz vəziyyətə düşüb.
Ölkədəki böhran vəziyyəti birbaşa olaraq bu şuranın fəaliyyətinə təsir göstərib və şura öz üzərinə düşən məsuliyyəti yerinə yetirmir. Son on ay ərzində, şuranın müxtəlif üzvlərinin dəfələrlə tələblərinə baxmayaraq, heç bir işçi görüş keçirilmayıb.
Rus dilində "şəffaflıq" qanununa qarşı şuranın yaydığı bəyanatdan sonra, şuranın koordinatoru Koba Çofliani tərəfindən şuranın fəaliyyətinə sərt müdaxilə olub. Onun adına şura qarşı təhqiredici və böhtan xarakterli bəyanatlar yayılıb; həmçinin, bizə aydın oldu ki, o və İzabela Osipova, şuranın üzvləri və Tolerantlıq Mərkəzinin rəhbəri ilə razılaşdırmadan şuranın fəaliyyətini idarə etməyə çalışırlar.
Bundan əlavə, şura daxilində koordinatorlar tənqidi və fərqli fikirləri təqib edirlər, onlar şəxsi olaraq hansı şura üzvlərini hansı görüşlərə və ya tədbirlərə dəvət edəcəklərini müəyyənləşdirirlər ki, bu da şuranın prinsiplərinə və etnik azlıqların maraqlarına birbaşa ziddir.
Buna görə də şurada təmsil olunan bəzi təşkilatlar və fiziki şəxslər, ölkənin müxtəlif etnik azlıqlarını təmsil edənlər, birgə qərar qəbul ediblər – bir tərəfdən, funksiyasız şuranı tərk etməyi, digər tərəfdən isə yeni – Etnik Müxtəliflik Şurasının yaradılmasını qərara alıblar.
Etnik Müxtəliflik Şurasına daxil olan hər bir subyektin məqsədi, fəaliyyətlərinin ölkədə yaşayan etnik azlıqların ehtiyaclarını həqiqətən əks etdirməsi, cəmiyyətə etnik azlıqların qarşısında duran problemlər haqqında ətraflı məlumat verməsi, onların səsini müxtəlif forumlar və platformalar vasitəsilə səsləndirməsi və yerli icmaların problemlərinin həlli üzərində işləməsidir; həmçinin, ölkənin etnik müxtəliflik tarixini yenidən düşünməyə, bərabərlik prinsiplərinin təbliğinə və möhkəmləndirilməsinə kömək etməkdir", - deyə bəyanatda qeyd olunub.
Sözü gedən bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:
1. Elnur Alisoy, Həmrəylik Hərəkatı.
2. Zaza Kalaşov, Kürt Təşkilatı Ronay.
3. Raşan Ziyadəliyev, Vətəndaş Hərəkatı və Aktivizm Mərkəzi.
4. Ceyhun Məhəmmədəli, Qırmızı Körpü.
5. Aleksandr Kavtaradze, Gürcüstanın Udi xalqı.
6. Samirə İsmayılova, Vətəndaş Həmrəyliyi Platforması.
7. Giorgi Tumasiani, Gürcüstanın Erməni İcma Platforması."-bəyanatda qeyd edilib.


