Peskov: Rusiya və ABŞ münasibətlərin bərpasının ilkin mərhələsindədir
"Rusiya və ABŞ ikitərəfli münasibətlərin bərpası prosesinin ilkin mərhələsindədir və bu yol uzun və çətin olacaq."
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Biz ikitərəfli münasibətlərin bərpası prosesinin başlanğıc mərhələsindəyik. Qarşımızda kifayət qədər uzun və mürəkkəb bir yol dayanır, lakin hər iki prezident bu istiqamətdə siyasi iradə nümayiş etdirdi”, - deyə Peskov jurnalistlərə bildirib.
Bundan əlavə, Peskov ABŞ və Rusiya prezidentləri arasında baş tutan təmaslarla bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, Donald Tramp ikinci dəfə ABŞ Prezidenti seçildikdən sonra, o və Vladimir Putin yalnız bir dəfə danışıb. Lakin bu söhbət kifayət qədər konstruktiv olub ki, dialoq davam etdirilsin və mövcud problemlərin həlli istiqamətində addımlar atılsın.


