14 
Mar
2025
23:43
356

Aİ səfirləri Rusiya vətəndaşları və təşkilatlarına qarşı sanksiyaların uzadılmasını təsdiqlədi

Avropa İttifaqının (Aİ) səfirləri Rusiya vətəndaşları və təşkilatlarına qarşı sanksiyaların daha 6 ay müddətinə uzadılması barədə razılığa gəliblər.

InterPress.ge xəbər verir ki, Reuters agentliyi bu məlumatı Aİ diplomatlarına istinadən yayıb.

Məlumata görə, sanksiyaların son yenilənmə tarixi 15 mart idi və bu qərarla onların qüvvədə olma müddəti 15 sentyabra qədər uzadılıb.

Reuters-in məlumatına əsasən, Rusiyalı oliqarx Mixaıl Fridman sanksiyalar siyahısında qalacaq, baxmayaraq ki, Macarıstan onun siyahıdan çıxarılmasını tələb edirdi.

Agentlik bildirir ki, Budapeşt sanksiyaların yenilənməsini bloklamaqla hədələyirdi, əgər bəzi şəxslər siyahıdan çıxarılmasaydı. Macarıstan əvvəlcə siyahıdan 9 nəfərin adını çıxarmağı tələb etsə də, digər Aİ ölkələrinin diplomatları bu sayın 3-ə endirilməsinə nail olub.

Sanksiya siyahısından çıxarılan şəxslər bunlardır:

🔹️Alisher Usmanovun bacısı – Qulbaxor İsmayılova

🔹️Biznesmen Vyaçeslav Moşe Kantor

🔹️Rusiyanın idman naziri Mixail Deqtyaryov

Bundan əlavə, siyahıdan dördüncü şəxs – biznesmen Vladimir Raşevski də çıxarılıb. Lakin bu qərar Macarıstanın təzyiqi nəticəsində deyil, onun haqqında hüquqi əsasların zəif olması səbəbindən qəbul edilib.

Sanksiyalar siyahısından daha üç nəfər ölüm səbəbindən çıxarılıb.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısına 2 400-dən çox fiziki və hüquqi şəxs daxildir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər