18 
Mar
2025
13:49
156

Peskov: Putin və Tramp ABŞ-Rusiya məsələsini müzakirə edəcəklər

Vladimir Putin və Donald Tramp ABŞ və Rusiya arasındakı münasibətlərin normallaşdırılması və Ukraynadakı vəziyyətin həlli məsələsini müzakirə edəcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskovun brifinqdə  məlumat yayıb.

“Moskva və Vaşinqton arasında müəyyən müzakirələr həqiqətən də baş tutub. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof Moskvada olub, İstanbulda da danışıqlar aparılıb və bundan əvvəl prezidentlər arasında ilk telefon danışığı baş tutub. Lakin digər bir çox məsələ var, o cümlədən ikitərəfli münasibətlərin normallaşdırılması və Ukraynadakı vəziyyətin həlli. Bütün bunları prezidentlər müzakirə etməlidirlər”, – Peskov bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putin arasında telefon danışığı Moskva vaxtı ilə 16:00-dan 18:00-a (Tbilisi vaxtı ilə 17:00-19:00) qədər olan zaman aralığında baş tutacaq.

“Bu, həqiqətən də Moskva vaxtı ilə 16:00-dan 18:00-a qədər olacaq. Liderlər danışıqların müddətini özləri müəyyən edəcəklər”, – Peskov əlavə edib.

Bizimlə əlaqə saxlayın