22 
Apr
2025
18:41
483

"Gürcüstan “İşğal olunmuş ərazilər haqqında” qanunu ləğv etməlidir"

"Gürcüstan “İşğal olunmuş ərazilər haqqında” qanunu ləğv etməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə işğal olunmuş Abxaziyanın xarici işlər naziri Oleq Bartsits Rusiya mətbuatına müsahibəsində deyib.

“Gürcüstan rəhbərliyinin əsas qonşuları - Abxaziya, Cənubi Osetiya və Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmaq istədikləri barədə bəyanatları bizə təsirsiz qalmır, lakin bunun praktiki təsdiqə və real addımlara ehtiyacı var”, - Bartsits bildirib.

O bildirib ki, Gürcüstan gücdən istifadə etməmək haqqında sənəd imzalamalıdır.

"Fikrimcə, buna nail olmaq üçün bir neçə addım atıla bilər, o cümlədən heç bir tənqidə, zamanın sınağına tab gətirməyən “İşğal olunmuş ərazilər haqqında qanun”un ləğv edilməsi. Biz bu günün reallığını nəzərə almalıyıq. Çox vacib olan və Cenevrə formatında danışıqlarda həmkarlarımızın diqqətini yönəldəcəyimiz ikinci məsələ hərbi gücdən istifadədən imtina haqqında sazişin imzalanmasıdır. Bundan sonra başqa məsələlər haqqında danışmaq olar", - Bartsits qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər